
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncamına əsasən, Mərkəzi Elmi Kitabxanada (MEK) oxucular, əməkdaşlar və akademiyanın digər elmi müəssisələrinin işçiləri üçün tibbi xidmət göstərəcək.
AzEdu.az xəbər verir ki,bu məqsədlə kitabxananın ilk tibbi yardım otağı əməkdaşları və oxucuları qəbul etməyə hazırdır.
Burada koronavirusa oxşar simptomlarla müraciət edən şəxslərə bədən hərarətinin ölçülməsi, boğazın müayinəsi, steril tənziflərin (maskaların) verilməsi, simptomatik müalicə kimi tibbi xidmətlər təklif oluna bilər. Bundan başqa, şikayətlərin toplanılması (anamnez), təhlükəsiz davranış üzrə təlimatlandırma (çap formatda), MEK-in ərazisinin müntəzəm olaraq sanitar-gigiyenik işlənilməsi də göstəriləcək tibbi xidmətlər sırasındadır.
Xatırladaq ki, martın 19-da kitabxanada əsaslı sanitar-dezinfeksiya işlərinin aparılması nəzərdə tutulur.