
2020-03-14 14:28:00
Professor 2 min illik şəhəri qarətdən xilas etdi - MARAQLI
Türkiyədə Roma İmparatorluğunun İtaliya xaricindəki ən önəmli şəhərlərindən olan və 2100 il əvvəl qurulmuş Coela antik şəhərinin yerini müəyyənləşdirən professor 2 min illik antik şəhəri qarətdən xilas edib.
AzEdu.az xəbər verir ki, Çanaqqala Onsəkkiz Mart Üniversitetində çalışan professor Dr. Reyhan Körpə 2012-ci ildən bu günə Eceabat rayonunda arxeoloji araşdırmalar aparıb.
Sözügedən professor daha əvvəl bölgədə 4 fərqli qədim yaşayış məntəqəsi və kurqanların olduğunu müəyyənləşdirib. Son olaraq 2017-ci ildə bölgədə çalışarkən bu dəfə də Roma İmparatorluğunun Gelibolu yarımadasındakı əyalət paytaxtı olan Coela antik şəhərinin yerini müəyyən edib.
Kilye körfəzi yaxınlığında yerləşən 1 kilometr genişliyindəki şəhərin yerini müəyyən edən arxeoloq tamamilə torpaq altında olan qədim şəhərə aid memarlıq qalıqları, keramika və mozaika parçaları ilə bərabər çox sayda qədim pul tapıb.
Bölgədə ikinci bir kəşfə imza atan arxeoloq çalışmalarına davam edərkən bir dəfinə çuxuru görüb və böyük bir çaşqınlıq yaşayıb. Bu zaman arxeoloqun səsini eşitdikdən sonra çuxura enən pilləkənlərdən bir adam çıxıb. Körpə ondan burada nə axtardığını soruşduğu zaman sözügedən şəxs su axtardığını söyləyib. Aldığı cavabdan məmnun olmayan arxeoloq polisə xəbər verib.
Hadisə yerinə gələn polis əməkdaşları adamın ifadəsini almaq üçün məntəqəyə aparıb və istintaq zamanı həmin şəxsin antik qalıqlar tapdığı məlum olub.
Bu bölməyə aid digər xəbərlər
“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub
2024-09-12 10:41:16
Sentyabr döyüşlərinin 2 ili tamam oldu
2024-09-12 08:59:29
“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...
2024-09-12 08:56:00
Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
2024-09-12 08:45:58
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir
2024-09-11 17:57:00
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA
2024-09-11 15:01:00
DİM bu şəxslər üçün qeydiyyat elan edib
2024-09-11 12:18:30
Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək - Yeni qərarın izahı
2024-09-11 11:15:57
İki gündə geomaqnit qasırğası olacaq
2024-09-11 10:58:30
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı
2024-09-10 17:43:40