
Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarına dəyişikliklər edilir.
AzEdu.az-ın məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanunun 26-cı maddəsinə (Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları) yeni 26.1-1. maddə əlavə edilir.
Dəyişikliyə görə, koleclərin məzunları ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, habelə bakalavriatı ( baza ali tibb təhsilini) başa vurmayan şəxslər öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülə biləcək. Qanuna 26.1-1. maddə belədir:
"Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı ( baza ali tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Subbakalavr — оrta iхtisas təhsili pilləsində məzunlara verilən peşə-iхtisas dərəcəsidir".
Mirmahmud