
“UNEC-in MBA ixtisasını bitirən tələbələr doktoranturaya daxil ola bilərlər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında UNEC Biznes Məktəbinin direktoru Nazim Hacıyev deyib.
O, MBA-nı bitirən şəxslərin doktoranturaya sənəd verə bilməməsi ilə bağlı məsələyə münasibət bildirib:
“UNEC-in MBA diplomunda yazılır ki, magistraturanı bitirən şəxs doktorantura təhsilini davam etdirə bilər. Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli qərarına əsasən, magistratura pilləsini bitirən və dissertasiyanı müdafiə edən tələbələr doktoranturaya sənəd verə bilərlər.
MBA nə “Təhsil haqqında” Qanunda , nə də digər qanunverci sənədlərdə öz əksini tapıb. O, müstəqil formada idarə olunur. Tələbələr təşvişə düşərək Təhsil Nazirliyinin qaynar xəttinə zəng edib və doktorantura təhsilini davam etdirə biləcəkləri haqqında məlumat əldə ediblər.
MBA proqramını bitirən tələbələrin 5-10 nəfəri il ərzində doktoranturaya sənəd verir. UNEC-in MBA ixtisasını bitirən tələbələr doktoranturaya daxil ola bilərlər. Lakin Bakı Dövlət Universitetində bu mümkün deyil. Bunun səbəbi isə bilinmir. NBA ifadəsi Təhsil Haqqında qanunda ifadə olunmadığına görə fikir ayrılıqları yaranır. Hər kəs NBA-ya daxil olur ki, idarəetmə sistemlərini öyrənsin. Lakin Azərbaycanda hamı öz bildiyi kimi NBA-nı idarə etmək istəyir”.
Nazim Hacıyev qeyd edir ki, dünyanın hər yerində NBA-nı bitirən şəxslər doktoranturaya sənəd verə bilərlər.
“Bizim tələbələrimiz Almaniyada doktoranturaya daxil olur, amma Azərbaycanda əngəllər yaranır. Mən hər il təklif edirəm ki, bu istiqamətdə islahatlar aparılsın, lakin bu nəzərə alınmır. Biznes məktəbinin rəhbəri kimi deyə bilərəm ki, dünyanın heç bir yerində MBA-ya məhduddiyyət yoxdur. UNEC də bu məsələ öz həllini tapıb. Həmin universitetin diplomunda yazılır ki, MBA-nı bitirənlər doktorantura istiqamətində davam etdirmək imkanı əldə edə bilərlər.
UNEC-də MBA-nı bitirən tələbələr bir çox yerli universitetlərə müraciət edirlər , lakin onlar qəbul oluna bilmirlər. Xüsusən də, Bakı Dövlət Universitetində. Digər magistr diplomları ilə NBA arasında heç bir fərq yoxdur. MBA biznes üzrə, digər ixtisaslar isə fərqli istiqamətdə magistr yetişdirir. Biznes dünyada aparıcı təhsillərdən biridir və universitetlərin imicinə müsbət təsir göstərir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, NBA üzrə magistr dərəcəsi alan şəxslər Azərbaycanda doktrantura istiqamətində oxuya bilməyəcəklər.