Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 10:13:00
Mətbuatımızın ilk Elektron "Əkinçi"si sayılan bu saytın 25 illiyi qeyd olunacaq

Bildiyimiz kimi, artıq ənənəvi qəzetçilik yerini veb-saytlara təslim etməkdədir. Dünyada ilk veb-saytı Tim Berners-Lee 20 dekabr 1990-cı ildə yaradılıb. 

Azərbaycanın ilk saytı isə AMEA-nın rəsmi veb-portalı olaraq www.ab.az adı ilə 1995-ci ildə istismara verilib. Sayt 1995-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyətə başlayıb.

AMEA Rəyasət Heyəti tərəfindən 26 sentyabr 2001-ci il tarixdə www.science.az portalının yaradılması haqqında” qərar qəbul edilib və bu işi İnformasiya Texnologiyaları İnstitutuna həvalə olunub. Bu mərhələdə portalın dizaynı və strukturu yenilənib, fotoqalereyası yaradılıb, xəbərlər verilənlər bazası əsasında işlənilib. 

Hazırda Science.az olaraq fəaliyyətini davam etdirən sayt internet-media orqanları arasında öz çəkisinə, əhatə genişliyinə görə seçilən və böyük oxucu kütləsinə malik portallardandır. AMEA-nın fəaliyyətinin işıqlandırılması işini uğurla davam etdirən bu resurs, həm də ölkəmizdə ilk internet-jurnalistika məktəbidir. 

Mətbuatımızın bünövrəsini "Əkinçi" qəzeti qoyduğu kimi, bu portal da Azərbaycanın elektron mətbuatının "Əkinçi"si hesab olunur.

AzEdu.azxəbər verir ki, bunu Science.az-ın baş redaktoru Nərgiz Salmanova  bildirib ki, yeni yarandığı vaxtlarda sayta material az yerləşdirilirdi: “Həmin vaxtlarda saytın əməkdaşları Reyasətə gedər, ordan şəkillər çəkər, xırda materiallar hazırlayıb gətirərdilər. Sayt 2003-cü ildə İnformasiya Texnologiyalar İnstitutunun əməkdaşları tərəfindən yenilənib. Eyni zamanda 2013-cü ildə portal bir daha yenilənib. Bu il saytımızın 25 illiyi tamam olacaq. Buna görə saytı yenidən təkmilləşdirməyi düşünürük. Azərbaycanın ilk veb-saytı olan science.az mətbuatımızın ilk elektron “Əkinçi”si hesab edilir”.