
Ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib.
Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.
Belə ki:
1.Elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr ((+994)55 892-27-51, (+994)55 892-95-89, (+994) 55 892-63-90)) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək.
- Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.
- Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə ((012) 599-12-22) zəng etməklə cavab ala bilərlər.
Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.