Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-17 10:32:00
İnsan resursları mərkəzi 24 saat xidmət göstərəcək

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı nəzərə alınaraq İnsan resursları mərkəzində vətəndaşların qəbulu 2020-ci il martın 20-dək dayandırılır.

 

AzEdu.az xəbər verir ki, bu dövr ərzində müraciətlərinizi həftənin I-V günləri 09:00-dan 18:00-dək İnsan resursları mərkəzinin əlaqə nömrəsinə (012 430 52 78), 24 saat ərzində isə Mərkəzin vatsap nömrəsinə 070 430 52 78 və rəsmi [email protected] elektron poçt adresinə ünvanlaya bilərsiniz.