Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-17 14:06:00
AMEA: Koronavirusa yoluxmanın azaldılması istiqamətində araşdırmalar davam etdirilir

Koronavirus pandemiyasının vüsət alaraq dünya əhalisi üçün qorxunc bir xəstəliyə çevrilməsi, eyni zamanda ölkəmizdə yayılma təhlükəsi maarifləndirmə işlərinin gücləndirilməsi, elmi müəssisələrin ciddi tədqiqatlar apararaq müvafiq tədbirlər görməsi zərurətini ortaya qoyub.

AzEdu.az xəbər verir ki,AMEA-dan  verilən məlumata görə, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamında AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) mütəxəssislərinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışların edilməsi, məlumat xarakterli materialların dərc olunması ilə bağlı tapşırıqlar verilib.

Bu məqsədlə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda koronavirusdan qorunmaq üçün elmi maarifləndirmə işləri aparılır, profilaktik tədbirlərin görülməsi ilə virusa yoluxma hallarının azaldılması istiqamətində araşdırmalar davam etdirilir.