
Azərbaycanlı şagirdlər 13-18 mart tarixlərində Rusiya Federasiyasında keçirilməsi planlaşdırılan lakin Covid-19 ilə əlaqədar bütün iştirakçı ölkələr üçün online keçirilən 5-ci Qafqaz Riyaziyyat Olimpiadasında möhtəşəm uğura imza atıblar.
AzEdu.az Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin rəhbəri Fuad Qarayevə istinadən xəbər verir ki, soydaşlarımızdan Murada Ağazadə (senior team), Abbas Məmmədov (senior team) və Toğrul Abbasov ( junior team) - qızıl medal, Amin Cəfərzadə ( junior team) isə bürünc medala layiq görülüblər
Məktəblilərimizin və digər iştirakçıların nəticələri ilə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsizin.
http://cmo.adygmath.ru/uploads/news/images/cmo20/Itog.pdf
Xatırladaq ki, keçən tədris ilində şagirdlərimiz bu olimpiadada 1 gümüş və 1 bürünc medal əldə ediblər.