
Daimiləşmə müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.
AzEdu.az Təhsil İnstitutunun İnsan Resurslar Mərkəzinə istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək üçün mart ayının 2-dən etibarən 3240 namizəd qeydiyyatdan keçib, 2745 namizəd elektron ərizəsini təsdiq edib.
daimiləşmə müsabiqəsində uğur qazanan namizədlərə də yeni tədris ilindən etibarən həvəsləndirmə tədbirləri tətbiq olunacaq. Lakin bu bütün müəllimlərə şamil olunmur. Əgər müəllim həvəsləndirmə tədbirlər tətbiq olunan ümumtəhsil müəssisəsində işləyirsə, daimiləşmədən sonra bu tədbirlər ona da şamil olunur.
Belə ki, ümumtəhsil müəssisəsi rayon mərkəzinə 20 km- məsafədə yerləşirsə 60 manat (H1), 20 km-dən artıq olduqda isə 160 manat (H2) kompensasiya maaşa əlavə olunur.
Kollecdə təhsil alıb müqavilə ilə işləyən müəllimlər də daimiləşmədə iştirak edə bilər. Onlara heç bir problem, əlavə şərt yaradılmır. Necə ki, müəllimlərin işə qəbul müsabiqəsində iştirak edirlərsə, eləcə də daimiləşmədə də iştirak edə biləcəklər.
Lakin ixtisası pedaqoji istiqamətdə olan müəllim daimiləşmədə iştirak edə bilməyəcək. Onlar məktəbdə müddətli müqavilə əsasında işləsələr də, daimi işləyə bilməzlər.