
2020-03-20 14:51:00
BMU-da təlim-tədris prosesi məsafədən təşkil olunacaq
Koronavirus xəstəliyi ilə əlaqədar təhsilin davamlılığını təmin etmək məqsədilə Bakı Mühəndislik Universiteti (BMU) təlim-tədris prosesini məsafədən davam etdirəcək.
Bunun üçün universitetdə bütün texniki imkanlar mövcuddur. Bu proses tədris platforması olan Google Classroom LMS (Learning Managament System) vasitəsilə ilə həyata keçiriləcək.
BMU artıq üç ildir ki, Google şirkətinə aid olan G-Suite bulud texnologiyasının üzvüdür, bu texnologiyaya aid olan bəzi modullardan, o cümlədən əməkdaşlar və tələbələr üçün korporativ e-mail, təqvim, google drive, elektron cədvəllərdən aktiv istifadə edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39