
2018-05-24 15:55:17
“AXC və təhsil” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan silsilə tədbirlər çərçivəsində "AXC və təhsil” mövzusunda dəyirmi masa keçirilib.
AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev bildirib ki, yaxın və Orta Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti xalqın maarifləndirilməsi istiqamətində misilsiz təşəbbüslər həyata keçirib:
"Azərbaycan Xalq Cümhuriyyəti milli kadrların yetişdirilməsinə və təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Bu sahədə atılan addımlar kimi məktəblərin milliləşdirilməsini və ibtidai tədris müəssisələrində təhsilin ana dilində aparılmasını qeyd etmək olar. Bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin əsası məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Təhsil sahəsində aparılan siyasət Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin mədəni inkişafı üçün real imkanlar açdı”.
Azərbaycan dilçiliyi kafedrasının dosenti Fazil Əhmədov deyib ki, AXC-nin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına əsasən bütün elm və təhsil müəssisələrində, dövlət və özəl qurumlarda silsilə tədbirlər həyata keçirilir. O, AXC hakimiyyətinin savadsızlığın aradan qaldırılması istiqamətində apardığı islahatlardan, mədəniyyət, elm və təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr haqqında danışıb.
Tədbirdə iştirak edən 144 nömrəli məktəbin direktoru Həcər Mahmudova deyib ki, AXC hakimiyyəti dövründə milli təhsil sisteminin yaradılması istiqamətində uğurlu addımlar atılıb. H.Mahmudova, eyni zamanda ilk Təhsil Nazirliyinin yaradılmasının məhz AXC dövründə olduğunu da bildirib.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39