
“Bölgələrdəki şəbəkə göstəricisi zəif olan yerlərdə internet problemlərinin aradan qaldırılması üçün tapşırıqlar verilməlidir”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.
O, “Virtual məktəb” layihəsindən şəxsən istifadə etdiyini vurğulayıb.
“Texnologiya sahəsində çıxan problemləri azdan-çoxdan bildiyim üçün əvvəlcə özüm istifadə etmək qərarına gəldim. Qeyd edim ki, “Virtual məktəb” layihəsi nazirlik tərəfindən yaradılan gözəl imkanlardan biridir. Bu portalda şagirdlərin istifadə edəcəyi əlavə imkanlar da olacaq.
Onu da qeyd edim ki, dünən bir nece valideyn qeydiyyatdan keçə bilmədiyini mənə bildirdi ve mən də onlara kömək etdim.
2019-2020 tədris ilində ölkənin 9 rayonunda 165000 birinci sinif qeydiyyata alınıb. Ümumilikdə isə milyon yarimdan çox şagird var və bunun çox az qismi “Virtual məktəb” dən qeydiyyatdan keçib ve bu sistem rayonlarda geniş tətbiq edilməyəcək.
Bəs digər bölgələrdə bu sistem necə tətbiq olunacaq? Hər biri haqqında qısa da olsa fikrimi bildirəcəm:
Əvvəlcə onu qeyd edim ki, bu işlər skype, google clasrromla olmur. Çünki vaxtında inkişaf etmiş ölkələr kimi distant tehsilin imkanlarından istifadə etsəydik, tanınan şirkətlərin biri ile müqavilə bağlasaydıq və mütəxəssislərimiz bu proqram üzərində çalışsaydı, daha yaxşı olardı. Belə olan halda hər kes ferqli proqramda ders keçməyəcəkdi. Bizdə başimiza hadisə gəlməsə, B planımız heç vaxt olmur.
Hazirda yaranan problemlərlə əlaqəli Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi bərabər işləməli, mobil operatorlara da internet paketlərinin aşağı salınması və kəndlərdəki şəbəkə göstəricisi zəif olan yerlərdə bu problemlərin aradan qaldırılması üçün tapşırıqlar verməlidirlər”.
Adil Vəliyev bu istiqamətdə bir sıra işlər gördüyünü deyib.
“Onu da qeyd edim ki bu mövzuda bir neçə millət vəkilinə məlumat vermişəm. İndidən gələcək planlarımız üçün mütəxəssislər yetişdirilməlidir.
Hazirda isə qeydiyyat etmək mümkün deyil. Fikrimcə tələsən təndirə düşər atalar sözünə nazirlik də əməl etməli, 3 gün gec olsa da layihəni təkrar- təkrar gözdən keçirməli daha sonra istifadəyə verməlidir”.
Qeyd edək ki, ölkəmizdə olan təhsil müəssisələrində tədris prosesi 20 aprelədək dayandırılıb.