Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-10 17:30:00
İmişli RTŞ tərəfindən Qarabağ əlilləri və şəhid ailələrinə yardım edilib

İmişli Rayon Təhsil Şöbəsinin təşəbbüsü və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İmişli Rayon Komitəsinin dəstəyi ilə İmişli rayonunda yaşayan Qarabağ müharibəsi veteranlarına, əlillərinə və şəhid ailələri üzvlərinə maddi yardım göstərilib.

AzEdu.az
xəbər verir ki, bu yardım ölkə rəhbərliyinin karanavirusla mübarizəsinə dəstək məqsədilə həyata keçirilib.

Belə ki, onlara gündəlik tələbata uyğun olaraq ərzaq bağlamaları paylanılıb. Koronavirus infeksiyasına yoluxmamaq üçün maarifləndirici söhbətlər aparılıb, Operativ Qərargahın tapşırıqlarına ciddi şəkildə riayət etmələri tövsiyə olunub və “Evdə qal" çağırışı edilib.

Yardım olunan vətandaşlar göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.