
UNEC-in rektoru, professor Ədalət Muradov facebook hesabında postkoronavirus dövrü üçün gözlənilən təhsil sistemini şərh edib. AzEdu.az həmin fikirləri çatdırır:
“Distant təhsil kütləviləşəcək və yüksək keyfiyyətli distant təhsil verən dünya səviyyəli yeni universitetlər yaranacaq;
- işə qəbul zamanı ali təhsil tələbinin aradan çıxması prosesi sürətlənəcək və kompetensiyaların rolu artdığından ali təhsil göstəricisi kimi diploma ehtiyacın azalması prosesi sürətlənəcək;
- tələbə qəbul mexanizmi tamamilə yeniləcək, daha çox işəgötürənlərin tələblərinə üstünlük veriləcək;
- ali təhsilin bakalavr səviyyəsi özü də pillərə bölünəcək və daha çox praktiki vərdişləri formalaşdıran və daha az təhsil müddəti tələb edən bakalavr pilləsinə keçid sürətlənəcək;
- ənənəvi sosiallaşma rəqəmsal sosiallaşma ilə əvəz olunacaq, yeni rəqəmsal vərdiş və bacarıqlar rəqəmsal texnologiyaların tətbiqi ilə təmin ediləcək”.