Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-13 11:33:00
Biotibbi texnologiyalar mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr üçün videodərs

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin biotibbi mühəndisi Elgün Əhmədovun Azərbaycan Texniki Universitetinin (AzTU) biotibbi texnologiyalar mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün videodərsi təqdim edilib.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, videoda koronavirus infeksiyasına yoluxan xəstələrin müalicəsində istifadə olunan “Lowenstein elisa” süni nəfəs aparatının sazlanması, quraşdırılması və istifadə qaydaları izah edilib.