Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-26 09:30:00
Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb: 14 yaralı  

Türkiyənin Ərzurum şəhərində tələbələri daşıyan avtobus qəzaya uğrayıb.

AzEdu.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 14 tələbə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, avtobus qəza uğradıqdan sonra alışıb. Hadisə yerinə gələn yanğından mühafizə briqadaları yanğını söndürüb.

Xəsarət alan tələblər Ərzurum şəhərinin xəstəxanalarına yerləşdirilib, onların vəziyyəti yaxşıdır.