
2020-04-17 17:13:00
Koronavirusla bağlı bildiyimiz HƏR ŞEY YANLIŞ İMİŞ - Həkim inanılmaz 16 FAKTI AÇDI
Dokuz Eylül Universitetinin pandemiya şöbəsinin müdiri Yusif Sarvan COVID-19-un aylarla davam edəcəyini açıqlayıb.
AzEdu.az xəbər verir ki, tanınmış həkim virusun yay aylarında da sürətlə yayılacağı proqnozunu verib. Həkimin koronavirusla bağlı etdiyi xədərdarlığı təqdim edirik:
- COVID-19 ilə aylarla yaşayacağıq. Bunu inkar etməyək, çaxnaşma da yaratmayaq. Gəlin həyatı lazımsız yerə çətinləşdirməyək. Xoşbəxt olmağı və bu həqiqətlə yaşamağı öyrənək.
- Virusun təsirini yay azaltmayacaq. Artıq Braziliya və Argentinada yaydır, ancaq virus sürətlə yayılır.
- Çox su içməklə hüceyrələrə nüfuz edən koronavirusu məhv edə bilməzsiniz, sadəcə tualetə tez-tez gedəcəksiniz.
- Əl yumaq və 1,8 metr məsafədə dayanmaq virusdan qorunmaq üçün ən yaxşı üsuldur. Evdə COVID-19 xəstəsi yoxdursa, səthləri dezinfeksiya etmək lazım deyil.
- Yük paketləri, qaz nasosları, alış-veriş arabaları və ya bankomatlar infeksiyaya səbəb olmur. Əllərinizi yuyun, normal həyat sürün.
- Koronavirus qidadan qaynaqlanan infeksiya deyil. Qrip kimi hava-damcı yolu ilə yayılır.
- Saunaya girmək hüceyrəyə nüfuz edən koronavirusu öldürmür.
- Bir çox allergiya və viral infeksiya ilə qoxu hissinizi itirə bilərsiniz. Bu, COVID-19 üçün qeyri-spesifik simptomdur.
- Evə gəldikdən sonra paltarınızı dəyişdirməyiniz və təcili olaraq duş qəbul etməyiniz lazım deyil.
- Koronavirus havada asılmır. Yaxın təmas tələb edən hava-damcı infeksiyasıdır. Hava təmizdir; bağlarda, parklarda (məsafə saxlayaraq) gəzə bilərsiniz.
- COVID-19 irqi və ya dini ayırmır, bütün insanlara ötürülür.
- Koronaya qarşı adi sabun istifadə etmək kifayətdir, antibakterial sabun almaq mütləq deyil. Virus onsuz da bakteriya deyil.
- Yemək sifarişlərinizdən narahat olmaq lazım deyil. Ancaq çox narahat olsanız, bir az isidə bilərsiniz.
- COVID-19-u evinizə ayaqqabı ilə gətirmək və xəstələnmək şansınız, gündə iki dəfə sizi ildırım vurması ilə eynidir. 20 ildir viruslara qarşı işləyirəm, hava-damcı infeksiyası bu cür yayılmır.
- Sirkə, sumax, soda və zəncəfil virusdan qorumur.
- Əlcək taxmaq pis fikirdir, virus əlcəkdə toplana bilər, üzünüzə toxunsanız asanlıqla ötürülə bilər. Əllərinizi yumaq ən yaxşısıdır. (publika.az)
Bu bölməyə aid digər xəbərlər
MDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib
2024-09-12 08:51:50
BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb
2024-09-11 16:35:26
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb
2024-09-11 11:04:32
EY şirkəti UNEC-də tələbələr üçün təlimlər keçib
2024-09-11 10:40:39
LDU yeni tədris ilinə ürəkaçan yeniliklərlə başlayır
2024-09-11 10:22:21
ADNSU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb
2024-09-11 09:10:50
Baş nazir daha 5 universitetlə bağlı yeni qərar verdi
2024-09-11 09:07:46
ADNSU-da əməkdaşlıq əlaqələri ilə bağlı müzakirə keçirilib
2024-09-10 17:29:08
Kəndlərdə bu fənlər üzrə vakansiyalar BOŞDUR
2024-09-10 13:15:41
İllik təhsil haqları niyə artırılıb? - Rəsmi AÇIQLAMA
2024-09-10 08:48:06