Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-18 18:15:00
“Vətənimdir Azərbaycan!” mövzusunda onlayn bədii qiraət müsabiqəsi keçirilib

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Evdə qal, təhsildən qalma!” kampaniyası çərçivəsində “Vətənimdir Azərbaycan!” mövzusunda onlayn bədii qiraət müsabiqəsi keçirib.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, müsabiqə təhsilalanların nitq mədəniyyətini və bədii zövqünü formalaşdırmaq, onlarda doğma vətənimizə sevgi və hörmət hissini artırmaq məqsədilə təşkil olunub.

Müsabiqədə mərkəzdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər. Mərkəzin “facebook" səhifəsində aparılan müsabiqədə ən çox “bəyənmə” qazanan aşpaz ixtisası üzrə təhsil alan Azər Səfərov və qənnadıçı-şirniyyatçı ixtisası üzrə təhsil alan Bənövşə Mustafayeva qalib olublar.