
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin facebook hesabında ən çox soruşulan sual imtahan tarixləri ilə bağlıdır. DİM-in yazdığı cavabda qeyd olunur ki, imtahanlar və sənəd qəbulunun tarixləri ilə bağlı əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.
“İmtahan tarixləri və sənəd qəbulunun vaxtı ilə bağlı sullarınıza cavab olaraq bir daha qeyd edirik ki, təxirə salınan imtahanlar, sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir”.
Həmçinin DİM qeyd edir ki, ixtisas qrupları üzrə fənlərdə dəyişiklik olunmayıb. İmtahan fənlərini öyrənmək üçün qeyd olunan linkdən yararlana bilərsiniz http://dim.gov.az/news/2484/?fbclid=IwAR0YN-ZZ3XuRbA-XACIIApivTYdUAfi1ntCVVwcWpYAv0gVRymWsnQo11i0