Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-20 13:13:00
Əməkdar artist Bəhram Bağırzadə UNEC tələbələri ilə #evdəqal kampaniyasına qoşulub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyəti Əməkdar artist Bəhram Bağırzadə ilə “unec.tec” instaqram səhifəsi üzərindən canlı yayım keçirib.

 

 AzEdu.az  xəbər verir ki, canlı yayımda Bəhram Bağırzadə izləyicilərə əyləncəli anlar yaşadıb, karantin günlərində evdə qalan tələbələrə təbəssüm bəxş edib. Əməkdar artist gənclərə bu boş vaxtdan səmərəli istifadənin “qızıl qaydaları”nı öyrədib.