
2020-04-22 16:04:00
İranda universitetlər Ramazan ayından sonra açılacaq
İranda universitetlər Ramazan ayından sonra açılacaq.
Bunu İran Tibb Universitetinin Qiymətləndirmə idarəsinin rəhbəri Abtin Heydərzadə deyib. Onun sözlərinə görə, ölkədə təhsil ili universitetlər açıldıqdan sonra 2 ay müddətinə davam etdiriləcək və daha sonra sınaq imtahanları təşkil olunacaq: "Tibb Universitetinin də imtahanları ali məktəblər açıldıqdan sonra təşkil olunacaq”.
Qeyd edək ki, İranın Təhsil Nazirliyi məktəblərdə dərslərin nə zaman açılacağı ilə bağlı qərar qəbul etməyib. Dərslər virtual şəkildə təşkil olunur, lakin məktəblərin gələn ay açılması və imtahanlar üçün hazırlıq işləri aparılır.
Xatırladaq ki, koronavirus epidemiyasının yayılması ilə İranda xüsusi karantin rejimi elan olunub və bir sıra məhdudiyyətlər tətbiq edilib. Hazırda həmin məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması istiqamətində işlər görülür. Belə ki, artıq mağazaların fəaliyyətinə ötən həftənin şənbə günündən icazə verilib. Bu gün isə parklar və əyləncə mərkəzlərinin fəaliyyətinə icazə verilib.
Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44