
2020-04-23 17:29:00
Azərbaycanın 2 universiteti dünya reytinqində
Britaniyanın "The Times Higher Education" nəşri dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini (Impact Rankings -2020) tərtib edib. Impact Rankings Birləşmiş MillətlərTəşkilatının Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir.
AzEdu.az xəbər verir ki, tədqiqat universitetlərin üç geniş sahədə - tədqiqat, informasiya-təbliğat və idarəetmə üzrə hərtərəfli və balanslı müqayisəsini təmin etmək üçün diqqətlə seçilmiş kriteriyalardan istifadə edir.
THE-nin sayca ikinci nəşrinə dünyanın 85 ölkəsindən 766 universitet daxildir. Siyahıya ikinci ildir ki, Yeni Zelandiyanın Auckland Universiteti rəhbərlik edir. Sonrakı üç yerdə isə Avstraliya universitetləri yer alıblar: Sidney Universiteti, Qərbi Sidney Universiteti və La Trobe Universiteti. Yaponiya reytinqdə ən çox - 63, Rusiya 47, Türkiyə isə 37 ali məktəblə təmsil olunur.
Dünya reytinqinə Azərbaycanın 2 ali təhsil müəssisəsi daxildir. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti 601+ aralığında qərarlaşıblar.
Qeyd edək ki, reytinq Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunub. Reytinqdə universitetlərin BMT-nin 17 məqsədinin həyata keçirilməsinə verdiyi töhfə dəyərləndirilir.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39