Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-24 11:25:00
Oksford Universitetinin tədqiqatçıları koronavirus əleyhinə vaksinin sınaqlarına başladı

Koronavirus əleyhinə vaksin hazırlayan Oksford Universitetinin tədqiqatçıları preparatın könüllülər üzərində sınaqlarına başlayıb.

 

AzEdu.az xəbər verir ki, söhbət “ChAdOx1 nCoV-19” adı verilmiş vaksindən gedir.

 

Sınaqlar 1 100 könüllü üzərində aparılacaq.

 

Vaksin şimpanzedə olan virus əsasında yaradılıb və tərkibinə koronavirusun genetik kodunun hissəsi əlavə edilib. Oxşar texnologiya daha əvvəl başqa xəstəliklərə qarşı immunitetin yaradılmasında effektivliyini sübut edib.

 

Son statistik rəqəmlərə əsasən, dünyada 2 725 920 nəfər koronavirusa yoluxub.

 

191 061 nəfər virusun qurbanı olub, sağalanlar isə 745 905 nəfər təşkil edir. (oxu.az)