
Ali təhsil üzrə yenilənən ixtisas təsnifatında “Biotibbi texnologiya mühəndisliyi” ixtisası qəbul planından çıxarılmışdır. Səhiyyə müəssisələrində bu ixtisasa olduqca tələbatın olmasını göz önə gətirsək, tələbatın ödənilməsi üçün alternativ həll yollunun axtarışına çıxılmalıdır. Bu məqamda peşə təhsili köməyimizə çatmaqdadır. 2017-ci ildə ilk qəbulu həyata keçirilən “Tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki” ixtisasına olan gözləntilər artır. Yaranan ixtisaslı kadr çatışmamazlığının qarşısını almaq məqsədilə peşə təhsilində “Klinik mühəndisliyin” bir qolu saydığımız Tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki” ixtisası üzrə yenidən təşkiletmə, yeniləmə və müasir texnologiyaya uyğunlaşdırma zəruriliyi yaranır. Bakalavr təhsilinin tələblərini tam ödəməsə də peşə təhsilində bu ixtisasın yenidən təşkil olunması tibbi aparat komplekslərin təmir və texniki xidməti işlərində yaranacaq praktiki boşluqların qarşısını almaq mümkün olar.
Bu ixtisasın yenidən qurulması dedikdə, əsasən ixtisas fənn proqramlarının yenilənməsi, müasirləşdirilməsi, tədris planlarının dinamikiləşdirilməsi və ən əsası da qazandırdığı kompetensiyaların bir üst səviyyəyə keçirilməsi nəzərdə tutulur. Fikirimizcə aşağıda iki istiqamət üzrə ixtisas hazırlığı həyata keçirilməlidir.
Tibbi aparat komplekslərinin təmiri: Aparat təmiri işlərinin təşkil edilməsindən tutmuş, sınaq işlərinin həyata keçirilməsi mərhələləri və bu mərhələlərdə təhsilalanlara vacib sayılan səriştələrin qazandırılması məqsədi burada qarşıya qoyulmalıdır.
Tibbi aparat kompelkslərin texniki xidməti: Avadanlıqların istismar müddəti və keyfiyyətini, risk dərəcəsini azaltmağı, pasinet və istifadəcilər üçün təhlükə mənbəyinə çevrilməməsi kimi işlərin reallaşmasını təhsilalanlara çatıdırlması üçün bu istiqamətdə müafiq səriştələrin qazandırılması məqsədi qarşıya qoyulmalıdır.
Müəyyənləşdirilmiş iki istiqamət üzrə peşə təhsilində qəbulu həyata keçirilən “Tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki” ixtisası təkmilləşdirilsə mövcud tələbatın qarşısını almaq olar.
Qadir Qafarov
Peşə təhsili üzrə araşdırmacı yazar