Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-24 16:05:00
“AMEA universitet olsun, başına gənc kadr gətirilsin”-TƏKLİF

Parlamentin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev iki təkliflə çıxış edib.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında  Q.Həsənquliyev AMEA və Attestasiya Komissiyasının ləğv edilməsini istəyib:

 

“Ali Attestasiya Komissiyası sovet dövründən qalıb, dünyanın heç bir yerində belə qurum yoxdur. Buna görə də ləğv olunmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası da sovetlərdən qalıb. Heç bir ciddi uğurları yoxdur. Oranı müasir özəl üniversitetə çevirib, başına da gənc kadr qoyulmalıdır. Biz ciddi islahatlara getməliyik”.