Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-25 15:12:00
AMEA və Fransanın Monpelye Universiteti birgə doktorantura proqramı elan edib  

AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişi əsasında növbəti birgə doktorantura proqramı elan olunub.

AMEA-dan AzEdu.az-a verilən məlumata görə, namizədlər həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcəklər. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.

Müraciətlər mayın 15-dək AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən qəbul edilir. Təqdim olunacaq sənədlər haqqında ətraflı məlumat və ərizə formaları üçün Xarici əlaqələr idarəsinə müraciət edilməlidir.