Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-26 10:00:00
Daimiləşmə müsabiqəsində iştirak üçün qeydiyyat başa çatıb

Ümumtəhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə qeydiyyat başa çatıb.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 1400 nəfərə yaxın namizədin elektron ərizəsi təsdiq edilib və bununla bağlı digər tədbirlər (elektron ərizələrdəki məlumatların emalı, müsahibə komissiyasının tərkibinin formalaşdırılması və təsdiqi) yekunlaşıb. Hazırda müsahibələrin test rejimində onlayn şəkildə təşkili ilə bağlı müzakirələr aparılır.