
“Virtual məktəb” layihəsi yalnız pandemiya dövrü üçün nəzərdə tutulmayıb. Bu layihə təhsil müəssisələrində tədris prosesi bərpa olunduqdan sonra da davam etdiriləcək.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
Məsafədən təhsilin bütün dünyada tətbiq olunduğunu nəzərə çatdıran nazirlik rəsmisi qeyd edib ki, portal şagird və müəllimlərə əlavə dəstək mexanizmi kimi təqdim edilib:
Xatırladaq ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Aprelin 21-dək ölkənin 65 şəhər və rayonundan 370 min şagird və 20 min müəllim "Virtual məktəb" portalında qeydiyyatdan keçib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir. (trend.az)