
Təhsil Naziri Ceyhun Bayramov Operativ Qərərgahın brifiqində çıxışı zamanı zamanı “Dərs vaxtı” və “Virtual məktəb” layihələri haqqında danışdı:
“Martın 11-dən etibarən teledərslərə start verildi. Hazırda həm Azərbaycan, həm də rus dilində dərslər keçilir. Hər həftə daha da təkmilləşdirilir. 29 aprel tarixində tele-dərslərin 1000-ci buraxılışı efirdə yayımlanacaq. 1 milyon 600 min şagird tele-dərslərdən yararlanır. Digər ölkələrin çoxu bu addımı Azərbaycandan 1 ay sonra həyata keçirtdi”.
Nazir “Virtual məktəb” layihəsi ilə bağlı da statistik göstəriciləri sadalayıb:
“Aprelin 2-sən “Virtual məktəb” layihəsinə start verildi. 650000 müəllim və şagird bu platformadan istifadə edir.
Həmçinin, 95000 tələbə onlayn platformalar vasitəsilə distant təhsilə qoşulub”.