
UNEC DİSTANT ALİ TƏHSİL BEYNƏLXALQ FORUMU 2020:
Koronavirus pandemiyası distant ali təhsilin mənfi tərəflərini əsas tutmaqla müzakirəyə üstünlük verən tendensiyaya son qoydu. Distant ali təhsilin qaçılmaz zərurət olduğu artıq hamı tərəfindən qəbul edilir və müzakirələr indi distant ali təhsilin keyfiyyəti, tətbiq edilə bilən yeni metodları, distant yolla ötürülən biliklərin və onun mənimsənilməsinin qiymətləndirilməsi kimi məsələlərə yönəlib. Bu müzakirələr hazırda istisnasız olaraq dünyanın bütün universitetlərində aparılır. Qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə UNEC distant ali təhsillə bağlı hər il keçiriləcək Beynəlxalq Foruma start verir.
İlk belə forum car ilin may ayının 1-də saat 16.00-da online keçiriləcək.
Bu Forum azərbaycan dilində aparılacaq və Almaniya, Türkiyə, Kanada, İngiltərə və ABŞ-dan olan azərbaycanlı alimlər distant təhsillə bağlı öz dəyərli mülahizələrini bizimlə bölüşəcəklər.
Distant təhsillə maraqlanan hər bir şəxsi Foruma dəvət edirik.
Forumu rəsmi Facebook (facebook.com/uneceduaz), Youtube (youtube.com/unecofficial) və unec.edu.az saytından canlı izləyə və suallarınızı ünvanlaya bilərsiniz.