Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-28 17:59:00
Nazir müşavirindən valideynlərə müraciət etdi
 
 

 

“Hazırda valideynlərin məsuliyyəti digər zamanlardan daha çoxdur”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov “Pandemiyanın təhsil sahəsinə təsirləri” adlı onlayn konfransda deyib.

 

Nazir müşaviri vurğulayıb ki, onlayn təhsil sisteminə keçilməsinə baxmayaraq valideynlərin üzərinə böyük yük düşür.

 

“Valideynlər şagirdin onlayn dərslərə qoşulub-qoşulmadığını, verilən cədvələ uyğun ev tapşırığını nə qədər məsuliyyətlə etdiyinə nəzarət etməlidir. Bu məqamda onlar övladlarına dəstək olmalıdır”.

 

Qeyd edək ki, mart ayının 3-dən etibarən ölkədə tədris prosesi dayanıb. Buna uyğun olaraq Təhsil Nazirliyi “ Dərs vaxtı” verlişini təqdim edib.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları