Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-28 11:45:01
Xaricdəki azərbaycanlı tələbələrdən AXC-nin 100 illiyi ilə bağlı maraqlı ADDIM -FOTO

Bu gün Azərbaycan tarixinin şanlı səhifəsi  - Azərbaycan Cümhuriyyətinin yaranmasının 100-cü ili tamam olur. Bu böyük tarix rəsmi olaraq dövlət səviyyəsində qeyd olunur.

İstər sosial şəbəkələrdə,  istər mediada, həmçinin, ictimaiyyətdə AXC ruhu çox yaxşı müşahidə olunur.

Ölkədən kənarda olan soydaşlarımız da bu tarixi hadisəyə biganə qalmır. Onların arasında tələbə kontingenti də var.

Macarıstanda təhsil alan bir qrup azərbaycanlı tələbə AXC-nin 100 iliyi münasibətilə maraqlı addım atıblar. 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səlahiyyətili və fövqəladə səfiri Vilayət Quliyev özünün facebook hesabında məlumat verib.

Tələbələrin AXC-100 ideyasını əks etdirən fotonu təqdim edirik: