Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-30 15:55:00
Tovuzda maşın aşıb, tələbə ölüb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az-ın  məlumatına görə, Xatınlı kəndində 1984-cü il təvəllüdlü Azər Yusibovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə Tovuz rayonu Qədirli kənd sakini, 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu ölüb, həmin kənd sakini, 1983-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlu və Xantalı kənd sakini, 1999-cu il təvəllüdlü Alıyev İdris İlqar oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.