
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında növbəti onlayn təlim keçirilib.
AzEdu.az xəbər verir ki, filialın direktoru, dosent Yusif Alıyevin təşəbbüsü ilə Zoom" platforması üzərindən keçirilən təlimdə həkim-psixoloq, "KarnegiKlub"un rəhbəri, aparıcı təlimçi Nəcəf Allahverdiyev iştirak edib.
Qeyd edək ki, o, həm də Beynəlxalq Trenerlər Assosasiyasının üzvü, 2012-ci ildə Moskvada keçirilən “Beynəlxalq oratorlar çempionatı”nın mükafatçısıdır.
Azərbaycanlı təlimçi "Karantin dövründə yaranan psixoloji çətinliklərlə, streslə mübarizə " mövzusunda filialın əməkdaşları və tələbələr üçün bir saatlıq təlim keçib. Həkim-psixoloq mövcud pandemiya şəraitində tələbələri pozitiv əhval-ruhiyyəyə kökləyib, onlara faydalı məsləhətlər verib.
Sonda N.Allahverdiyev ona ünvanlanan çoxsaylı sualları da cavablandırıb.