
2020-05-04 10:24:00
Tramp ABŞ-da məktəb və universitetlərin sentyabrda açılmasına səy göstərdiyini bildirib
ABŞ Prezidenti Donald Tramp ölkədə məktəb və universitetlərin həmişəki kimi sentyabr ayında açılmasına səy göstərdiyini açıqlayıb.
AzEdu.az “Fox News”a istinadən xəbər verir ki, ABŞ lideri eyni zamanda ölkədə adi həyat tərzinin bərpa olunmasına çalışdığını deyib: "Bəli, şagird və tələbələrin dərslərinə başlamasını, həmçinin, ölkənin adi həyat tərzinə qayıtmasını istəyirəm. Bu halın qeyri-müəyyən müddətə davam etməsini istəmirəm".
ABŞ-ın əksər ştatlarında pandemiya ilə əlaqədar hazırda yalnız mağaza və apteklərin fəaliyyət göstərdiyini deyən prezident restoran və kafelərin sifarişlərə uyğun olaraq yalnız ünvana çatdırılma xidməti göstərdiyini bildirib.
Hazırda ABŞ-da idman zalları, muzeylər, təhsil müəssisələri və kinoteatrlar bağlıdır.
Tramp əlavə edib ki, ştatlarda tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qubernatorlar qərar verə bilər: “Hər ştatda mövcud vəziyyət fərqlidir”.
Qeyd edək ki, Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da 1,15 milyondan çox insan koronavirusa yoluxub. Onların 67,6 minindən çoxu dünyasını dəyişib.
Moderator.az
Bu bölməyə aid digər xəbərlər
Ali təhsili daha çox tədqiqata uyğunlaşdırmaq lazımdır
2024-03-02 11:57:00
Suraxanıda gənc qızı avtomobil vurub
2024-01-05 09:20:00
BMU-da yeni layihəyə start verilib
2023-12-28 15:22:22
Nazir rektorlarla görüşdü, tapşırıqlar verdi
2023-12-28 11:47:58
Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” rütbəsi veriləcək
2023-12-14 12:36:45
Növbəti tədris ilində 800-1000 tələbə Qarabağ Universitetində təhsil alacaq
2023-11-30 16:23:01
Azərbaycanlı tələbə ABŞ-də faciəvi şəkildə öldü
2023-10-22 14:42:11
Pedaqoji işçilərin 87,5 faizi ali, 9,8 faizi orta ixtisas, 2,7 faizi tam orta təhsillidir
2023-10-18 17:49:24
Təhsil müəssisələrində Müstəqilliyin Bərpası Günü qeyd olunub
2023-10-18 16:16:00
Kenquru müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olacaq
2023-10-17 17:33:41