
Aprel ayında Təhsil Nazirliyinin 146-3 “Qaynar xətt” xidmətinə 863 zəng daxil olub.
Nazirlikdən AzEdu.az-a bildirilib ki, müraciətlərin mövzusu əsasən yaşlı insanlarda mövcud vəziyyətlə bağlı yaşanan təşviş, ailədaxili və qarşılıqlı münasibətlərdə müşahidə olunan emosional narahatlıq, məktəblilərdə evdə mütəmadi olmaqla bağlı ortaya çıxan həvəssizlik, darıxma halları, yeniyetməlik yaş böhranı dövründə valideyn-övlad münasibətlərində qeydə alınan ünsiyyət problemi, abituriyentlərdə imtahan həyəcanı, azyaşlı uşaqlarda yığılan enerjinin sərf olunmaması ilə əlaqədar davranış pozuntusu, kiçikyaşlı məktəblilərdə diqqət əskikliyi və hiperaktivlik, yaxın insanın itkisi ilə bağlı depressiv vəziyyətlə əlaqəli olub.
Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.