
Təhsil eksperti Kamran Əsədov 2018-2019 - cu il üçün ali məktəblərə qəbul üzrə yaz imtahanlarının bəzi nəticələri haqda məlumat verib.
AzEdu.az modern.az-az istinadən məlumat verir ki, ümumilikdə I - IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib. Onlardan 9.8 faizi 500-700 arası bal toplayıb.
I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 - nəfər 500-700 arası bal toplayıb.
II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb.
III ixtisas qrupu üzrə 18900 nəfər iştirak edib, onlardan 2145 nəfər 500 - 700 arası bal toplayıb.
IV ixtisas qrupu üzrə 4981 nəfər iştirak edib, onlardan 1365 nəfəri 500-700 arası bal toplayıb.
2018-2019 - cu tədris ili üçün ali məktəblərə 45 min plan yeri ayrılıb. 10 nəfər maksimum nəticə, 700 bal toplayıb.