Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-05 15:08:00
Təhsil Nazirliyi vətəndaşların qəbulunu müvəqqəti dayandırılıb

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının,  onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə  Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il mayın 31-dək fəaliyyətini dayandırıb.

 

AzEdu.az xəbər verir ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.azwww.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.