Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-06 15:32:00
Azərbaycanda inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq

Təhsil naziri Ceyhun Bayramov 2020-2021-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində inklüziv məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

Nazirlikdən AzEdu.az-a verilən xəbərə görə, əmrə əsasən, pilot təhsil müəssisələrində - Bakı şəhəri 138,  202 nömrəli tam orta məktəblərdə, 220 və 252 nömrəli məktəb-liseydə inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyasının qərarına əsasən, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların məktəbəhazırlıq qruplarına göndərilməsini, məktəbəhazırlıq qruplarına loqopedik xidmətin göstərilməsini təmin etməlidir.