
Almaniyanın “BioNTech” biotexnologiya firması ABŞ-ın “Pfizer” dərman şirkəti ilə birlikdə hazırladığı COVID-19 peyvəndinin 2-ci mərhələ sınaqlarına başlayıb.
AzEdu.az xəbər verir ki, kliniki sınaqların 2-ci mərhələsi ABŞ-ın Merilənd və Nyu-York Universitetlərində həyata keçirilir.
“Pfizer”dən verilən açıqlamada bu mərhələdə BNT162 adlı potensial peyvəndin immun təminatçılığı və uyğun dozanın müəyyən edilməsinin öyrəniləcəyi bildirilib. Peyvənd 18-55 və 65-85 yaş qrupları olmaqla, 360 sağlam şəxsə vurulub. Sınaqlar 18-55 yaş qrupunda effektiv və təhlükəsiz olarsa, digər yaş qrupuna keçid ediləcək.
Sınaq uğurla tamamlanarsa, peyvənd ilin sonuna qədər istehsal olunub ABŞ-da paylanacaq.
Qeyd edək ki, “BioNTech” biotexnologiya firmasının qurucu ortağı türk professor Uğur Şahindir. (publika.az)