Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-07 10:42:00
Təhzil Nazirliyi 7 milyon manat ödəyib: məbləğin böyük hissəsi 2 şirkətə verilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi keçirdiyi tenderinin nəticələrini açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, nazirlik 3 tenderə ümümilikdə 6 milyon 898 min 275.82 manat ödəyib. Qeyd edək ki, 3 tenderdən 2-sini “Şərq-Qərb” ASC qazanıb.

 

Şirkətlərlə aşağıdakı xidmətlər üzrə müqavilə imzalanıb:

 

“Şərq-Qərb" ASC - 2020-2021-ci tədris ilinə ümumi təhsilin humanitar fənləri üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması – 4 351 035.38 manat

 

“Şərq-Qərb" ASC - 2020-2021-ci tədris ilinə ümumi təhsilin təbiət fənləri üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması – 1 498 265.41 manat

 

"Radius” MMC - 2020-2021-ci tədris ilinə nəşr olunan dərsliklərin komplektinə daxil olan müəllim üçün metodik vəsaitlərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması – 1 048 975.03 manat

 

MediaPost