
AzEDu.az Dövlət İmtahan Mərkəzinə ünvanlanan və tez-tez soruşulan sualları cavabları ilə birgə təqdim edir:
1.3-cü ixtisas qrupu üzrə seçim zamanı istədiyi ixtisasa qəbul ola bilməyən abituriyent tibb kolleclərinin müsabiqəsində iştirak edə bilər?
-DİM: Bəli, buraxılış imtahanının nəticələri müsabiqə şərtini ödəyərsə, kolleclərin müsabiqəsində iştirak edə bilər.
2.Şifrəmi unutmuşam, necə bərpa edə bilərəm bu karantin günlərdində?
DİM:Şəxsiyyət vəsiqənizin surətini əlavə etməklə müraciətinizi [email protected] elektron ünvanına göndərin.
3.May ayında keçirilən dövlət qulluğu müsahibələri təxirə salınıb ?
DİM:Bəli.
4.Rezidentura imtahanı keçirilməsi nəzərdə tutulur?
DİM: Bəli, nəzərdə tutulur.
- 11-ci sinif qəbul və buraxılış imtahanları ilə bağlı hansı tədbirlər görüləcək?
DİM: Növbəti həftə ərzində ictimaiyyətə ətraflı məlumat veriləcək.
- Subbakalavrlar üçün qeydiyyat olacaq bu il?
DİM: Bəli. Qeydiyyat tarixləri müəyyən olunan kimi məlumat veriləcək.
- Məktəbdə keçirilməyən dərslərdən sual düşəcək imtahana?
DİM: Hansı mövzular tədris olunmayacaqsa, həmin mövzulardan imtahan sualları tərtib olunmayacaq.