Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 12:11:00
Builki imtahanlarda nəzarətçilərin fəaliyyəti necə tənzimlənəcək?-DİM sədri ilk dəfə açıqladı

 “İyun ayında 160000-dən şagird imtahanda iştirak edəcək. Yeni qaydalar əsasında aparılacaq. Hər bir auditoriyada 12-15 insan əyləşəcək. İşimizi elə qurmalıyıq ki, hər kəs üçün eyni şərait yaradılsın. İmtahan nəzarətçiləri kimi region müəllimləri daha çox cəlb olunacaq.”

AzEdu.az xəbər verir ki,  DİM sədri Məleykə Abbaszadə Operativ Qərargahın birfiqində bildirdi ki, eyni gündə bir neçə bölgədə imtahan keçiriləcək:

 “Ola bilər ki, hansısa regionda eyni gündə 9-cu sinif üçün imtahan və başqa regionda və ya Bakıda 11-ci siniflər üçün imtahan keçiriləcək. Hər şənbə və bazar günləri 40000 nəfər imtahan verəcək. Təhsil sisteminin iştirakçıları bu prosesdə bizə kömək edəcəklər”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları