Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-29 14:24:41
Universitet radiosu barədə maraqlı məlumatlar – Radionun rəhbəriylə müsahibə  

AzEdu.az  Azərbaycan Dövlət İqtisad Universiteti  Radio UNEC və Yaradıcılıq Mərkəzinin rəhbəri Cəfərov Elman Telmanoğlunun  müsahibəsini təqdim edir.

Elman Telmanoğlu 1997-ci ildə  Azərbaycan Texniki Universitetinin Telekommunikasiya fakültəsinə daxil olub, 2001-ci ildə oranın məzun olub. 21 illik televiziya fəaliyyəti olan Elman bəy incəsənəti bitirməsə də fəaliyyəti dövründə 35-ə yaxın filmportret, 3 bədii film, 2 serial və onlarla verilişin qurluşcu rejissoru olub. 

-Elman bəy, ilk olaraq UNEC radiodan danışaq. Nə vaxtdan fəaliyyət göstəməyə başlayıb?

 - İlk yayım günü 2016-cı il  sentyabrın 22-sinə təsadüf edir.

 -Hansı verilişlər yayımlanır?

- Radioda 25-ə  yaxın veriliş var. Bunlar: “UNEC müəllim”, “Biz də tələbə olmuşuq”, “Tələbə dünyası”, “Günün trendi”, “Hərflərin izi ilə”, “Tibb saatı”, “Diskusaz”, “UNEC racus”,  “Qlobus”  və.s. Bu 25 verilişlərdən 80%-i tələbələrin, 20%- i isə müəllimlərin aparıcılığı ilə yayımlanır.

 -Verilişlərdə toxunduğunuz mövzular hansılardır?

 -Hər bir verilişin öz mövzusu var. Məsələn, “Hərflərin izi ilə”  verilişində hər həftə yeni bir kitab oxunur və radioda bu kitabın mövzusu ətrafında müzakirələr aparılır. Bu verilişin aparıcıları iki tələbədir. Başqa bir verilişimiz olan “Qlobus” verilişində isə hər həftə dünya ölkələrindən biri haqqında dinləyicilərimizə müxtəlif fərqli məlumatlar çatdırılır.”Günün trendi” verilişində isə hər dəfə gündəmdə olan bir mövzu ətrafında müzakirələr aparılır. Amma bu mövzular bir həftə öncədən UNEC Radio-nun fesybuk səhifəsində izləyicilərimizə bildirilir. Bu yaxınlarda “Gənc nəslin kitablara niyə marağı azdır?” mövzusunda müzakirələr aparıldı və nəticədə bəlli oldu ki,  gənc nəslin heç də kitablara marağı az deyil. Əksinə get-gedə gənclərin kitaba marağı və tələbi artır. “UNEC müəllim”  verilişində isə hər dəfə bir müəllimi dəvət edir və onlarla maraqlı söhbət edirik. Bilirsiniz necədir, bir müəllimi yalnız onun dərs dediyi tələbələr tanıyır. Amma UNEC Radio vasitəsi ilə qonaq olan müəllimlə bütün tələbələr və dinləyicilər tanış olur. UNEC Radio sağlamlıq mövzularına da toxunur.  “Tibb saatı” verilişində bu yaxınlarda tələbələrin özlərini qorumamasıyla bağlı çox gözəl bir mövzuya toxundular.  Burada ayaqüstü qidalanmanın insan sağlamlığına ziyanlarından, quru yeməklərin mədəyə olan mənfi təsirlərindən danışıldı. Mən özüm də bütün verilişləri dinləyirəm və oradan dəyəli məlumatlar alıram.

- İmtahan sessiyası başlayanda UNEC Radionun fəaliyyətində nə kimi dəyişiklər olur?

-İmtahan sessiyası başlayanda radio fəaliyyətini dayandırır. Sadəcə musiqilər verilir və sırf imtahan sessiyası ilə bağlı olanlar efirdə qalır. 25 veriliş fəaliyyətini dayandıraraq yerini mövsümi verilişlərə verir. “İmtahan”, “Vizyon+”, “Təhsilə dair” və s. fəaliyyət göstərməyə başlayırlar.

-Bildiyimiz kimi universitetlərimizin sadəcə bir neçəsində radio fəaliyyət göstərir. UNEC Radio nə ilə fərqlənir? Bu uğurlu fəaliyyəti daha da inkişaf etdirmək fikriniz varmı?

- Təbii ki, bu adi bir prosesdir. Hər bir insan  işlədiyi qurumda və yaxud öz üzərində çalışmalı və daima inkişaf etməlidir. Radio ilə bağlı inkişafa gəldikdə isə bəli, yeni mövsümdən yeni layihələr ilə dinləyicilərimizin qarşısında olacaq. Onu da qeyd edim ki, UNEC Radiosunu internet üzərindən dinləmək və universitetimizin  mobil əlavəsini yüklədikdən sonra radio bölməsini seçib rahatlıqla bizi dinləyə bilərsiniz.

 -Günlük efir vaxtı nə qədərdir?

 - Radiomuz səhər saat 09:00-dan axşam 00:00-a qədər efirdə olur. Gün ərzində 4-5 veriliş yayımlanır. Qalan vaxtlarda isə dinləyicilərimiz üçün həm milli, həm də xarici musiqilər səsləndirilir. Buna görə də bizim sloqanımız “Gəncliyin səsi” adlanır.

 UNEC Radio tələbələrə nə kimi imkanlar yaradılır?

 -Tələbələr üçün bütün imkanlar yaradılır. Mən özüm tələbə olduğum müddətdə bizim belə imkanımız olmayıb. Bizim üçün radio və televiziya o qədər əlçatmaz olub ki, biz ona hər zaman uzaqdan nəzər salmışıq. Amma indiki tələbələr doğurdan da çox şanslıdırlar. Onu da qeyd edim ki, universitetimizin rəhbərliyi, başda Ədalət müəllim olmaqla tələbələr üçün hər bir şərait yaradıblar və UNEC Radio da bunun bariz nümunəsidir. İstənilən tələbə asudə vaxtını səmərəli keçirmək istəyirsə bizim radioya yaxınlaşa və əgər bacarığı, gözəl nitqi varsa bizimlə  radiomuzda fəaliyyət göstərə bilər. Burada hər gün beşdən çox verilişin aparılması və bir aylıq proqrama baxdıqda 25 verilişdən 17-18-nin aparıcılarının tələbələr olduğunu nəzərə alsaq, onlara nə qədər imkanlar yaradıldığını  görmək olar.

 İndiyə kimi hansı məşhurlar və elm adamları ilə görüşlər keçirilib?

 - 2016-ci ildən indiyə qədər orta hesabla 1800 veriliş efirdə olub. Radiomuzda Nobel mükafatçısı Əziz Sancar qonaq olub, bizim nazirlərimiz, komitə sədrləri iştirak ediblər. İncəsənət xadimlərindən əməkdar artist Hüsniyyə Mürvətova, Bəhram Bağırzadə və başqaları da olub.Teleaparıcılardan isə Rəşad Kərimov, Firuzə Cəlil və Sima Çələbi radiomuzda iştirak ediblər.

 Leyla Qulami