Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-29 14:40:00
Xəzər Universitetində karyera sərgisi keçirilir  

Mayın 29-da Xəzər Universitetində bu ali məktəbin Karyera Mərkəzinin təşəbbüsü ilə ənənəvi karyera sərgisi təşkil edilib.

AzEdu.az  xəbər verir ki, tədbir “Baker Tilly” şirkətinin xüsusi dəstəyi ilə reallaşıb. Sərgidə 20-dək şirkətin nümayəndələri iştirak edirlər.

Nümayəndələr təmsil olunduqları şirkətlərdəki vakansiyalar haqqında ətraflı məlumat veriblər.