Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 12:56:00
Dövlət qulluğu imtahanları necə təşkil olunacaq?-DİM sədri vacib detalları açıqladı

DİM sədri Məleykə Abbaszadə dövlət qulluğu imtahanı ilə bağlı vacib detalları açıqladı:

 

“Dövlət qulluğu ilə bağlı 15 növ imtahan təxirə salınıb. 3 ay ərzində 2600 müsahibə təxirə salındı və bu isə 900 insanın gələcək fəaliyyəti deməkdir. 35 dövlət orqanları ilə danışıqlar aparılır. Cədvəllər hazırlanır. Müsabiqələr onlayn qaydada keçiriləcək”.

 

Məleykə Abbaszadə dövlət qulluğu imtahanı ilə bağlı həmçinin qeyd etdi ki, bir neçə ay öncə müsabiqədə iştirak edən şəxslərə sertifikatları təqdim olunur.

 

İmtahanlar avqust ayından başlayaraq ayda iki dəfə Bakıda və DİM-in regional bölmələrində oflayn qaydada kompüterlər vasitəsilə keçiriləcək.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları