Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 16:52:00
Beynəlxalq dərəcəli ekspert tələbələrə onlayn mühazirə keçib

Estoniyada yaşayan həmyerlimiz, beynəlxalq dərəcəli ekspert Rüfət Kərimli Azərbaycan Texniki Universitetinin tələbələrinə “Biznes ideyaların reallaşdırılması, ağıllı satış keçirməyə müasir yanaşma” mövzusunda onlayn mühazirə keçib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, iki saat davam edən mühazirədə elektron ticarət, iqtisadiyyatda rəqəmsallaşma, proseslərin avtomatlaşdırılması, sahibkarlığın inkişafı və onlayn biznesə başlamağın yolları haqqında məlumat verilib. Eyni zamanda, hər bir iştirakçının elektron poçt ünvanına mövzu ilə bağlı resurslar göndərilib.

 

Tələbələrlə sual-cavab formatında davam edən mühazirə rus dilində aparılıb.