Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 15:42:00
Azərbaycan və OSTİM Texniki universitetləri əməkdaşlığı davam etdirir

Mayın 11-dən Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi ilə Türkiyənin OSTİM Texniki Universitetinin eyniadlı fakültəsi birgə onlayn dərslərin keçirilməsinə başlayacaq.

AzTU-dan AzEdu.az-a bildirilib ki, dərslərdə kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisasları üzrə təhsil alan tələbələr iştirak edə bilərlər.

Hər iki universitetin professor-müəllim heyəti tərəfindən keçiləcək dərslərin vaxtı saytın elanlar bölümündə yerləşdiriləcək.

Onlayn dərslərə “Microsoft Teams” platformasından istifadə etməklə qoşulmaq mümkündür.