
Bu gündən Bakı Dövlət Universitetində dövlət imtahanlarına start verilib.
AzEdu.az xəbər verir ki, ilkin olaraq 5 fakültənin tələbələri cəlb olunduğu imtahan saat 11:00-da başlayıb və 14:00-da başa çatıb. İmtahan Bakı Dövlət Universitetinin əsas binasında təşkil olunub.
Tələbələri və imtahan nəzarətçilərini qəbul edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bir sıra məsələlərdə tələbələri və müəllimləri diqqətli olmağa çağırıb:
“Əziz imtahan nəzarətçiləri, tələbələrə yaxşı davranın. Onların üzərinə səsinizi qaldırmayın. Bir-birinizlə ünsiyyətdə etik normaları pozmayın. İmtahan nəticələrini yoxlayan müəllimlər isə hər tələbəyə 1 bal artıq yaza bilərlər. Bəzən tələbələr oxunaqlı xəttlə yazmırlar və bu obyektiv nəticəyə təsir edir. Bu zaman həmin yazını yoxlayan müəllim də əsəbiləşir. Ona görə də normal xəttlə yazın ki, müəllim qiymət artırmaq əvəzinə, balınızı kəsməsin”.
Qeyd edək ki, Bakı Dövlət Universitetində yay imtahan sessiyası iyun ayının əvvəlindən start götürəcək.